Sisi ilə əl sıxışan Ərdoğan Süleyman Dəmirəlin fəlsəfəsinə qayıtdı - Politoloq

Sisi ilə əl sıxışan Ərdoğan Süleyman Dəmirəlin fəlsəfəsinə qayıtdı - Politoloq backend

"Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan bir müddətdir xarici siyasətdə geri dönüşə baş vurub. Gecikmiş olsa da, doğru qərardır".

Qaziler.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu Ərdoğanın İsrail, Misir və Suriya liderləri ilə münasibətləri bərpa etməsinə münasibət bildirərkən deyib.

"Misir və İsraillə münasibətləri gərginləşdirməyə ehtiyac yox idi. Bu iki dövlət Türkiyə ilə münasibətlərin gərgin olduğu dövrdə Türkiyənin ayağının altını qazan əsas dövlət - Yunanıstanla yaxınlaşaraq Afina və Kipr Yunan Respublikası ilə birgə enerji layihələrini müzakirə edirdilər. Türkiyə-İsrail münasibətləri artıq normallaşıb, Ərdoğan vaxtilə əlaqələri kəsdiyi İsrailin hazırki baş nazir Benyamin Netanyahu ilə telefonla danışıb, onu seçkilərdə qələbə münasibətilə təbrik edib, yerdən-yerə vurduğu Misir prezidenti Sisinin əlini sıxıb, növbədə Suriya prezidenti Bəşər Əsəddir. Rəcəb Tayyib Ərdoğan Türkiyənin keçmiş prezidenti Süleyman Dəmirəlin vaxtilə ifadə etdiyi “dün dündür, bugün bugündür” fəlsəfəsinə qayıdır".

QAZİLER.AZ

Diaspora