Rusiya-Ukrayna müharibəsi masada bitəcək - Çavuşoğlu

Rusiya-Ukrayna müharibəsi masada bitəcək - Çavuşoğlu backend

“Bu və ya digər şəkildə bu müharibə masada bitəcək”.

Qaziler.az xəbər verir ki, bu sözləri Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Bilkənd Universitetində keçirilən konfransda çıxışı zamanı deyib. O, Rusiya-Ukrayna müharibəsinin gedişatı ilə bağlı dəyərləndirmələr apararkən Türkiyənin müharibənin diplomatiya yolu ilə həlli üçün səy göstəridiyini xüsusi vurğulayıb:

“Martla müqayisədə yeni şərtlərdə yeni rallıqlar var, daha da mürəkkəbləşib. Bu, o qədər də asan deyil, amma ümidinizi itirməməlisiniz. Bu və ya digər şəkildə bu müharibə masa üzərində bitəcək. Əsgərlərin mübarizəsiylə bitəcəyini düşünmürük. Belə olan halda 10 illərlə davam edəcək bir müharibə riski var”, - deyə Çavuşoğlu şərh edib.

Antalyada Rusiya və Ukrayna XİN nazirlərinin, İstanbulda da nümayəndələrin görüşünü xatırladan Çavuşoğlu: “Əslində İstanbulda görüş zamanı tərəflər atəşkəsə çox yaxınlaşmışdı. Amma sonra sehirli əllər dəydi və tərəflərin masadan uzaqlaşdığını gördük, bugünkü vəziyyətə gəldik”, - deyib.

QAZİLER.AZ

Diaspora