İlham Əliyev Vuçiçlə nələri müzakirə etdiyini AÇIQLADI

İlham Əliyev Vuçiçlə nələri müzakirə etdiyini  AÇIQLADI backend

Azərbaycan və Serbiya prezidentlərinin müzakirə etdiyi məsələlər açıqlanıb.

Qaziler.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Belqradda mətbuata bəyanatında bildirib.

"Bu gün ikitərəfli formatda bir çox beynəlxalq məsələlərə də toxunduq. Eyni zamanda regional təhlükəsizlik məsələlərini müzakirə etdik. Mənim dostum Aleksandar (Serbiya Prezidenti Aleksandar Vuçiç - red.) dediyi kimi, energetika sahəsindəki əməkdaşlığı müzakirə etdik və bu gün bu müzakirələr davam edəcək. Təbii qaz, elektrik enerjisi sahəsində əməkdaşlıq üçün yeni imkanlar var", - Prezident qeyd edib.

Diaspora