“Biz icazə ilə işləmirik. Əgər biz addım atacağıqsa, bunun qərarını veririk və bu addımı atırıq”.
Qaziler.az xəbər verir ki, Ərdoğan Qətərdən qayıdan zaman təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib.
Belə ki, jurnalistlərdən biri Ərdoğana “ “Pençe Kılıç” əməliyyatı ilə bağlı ABŞ prezidenti Co Bayden və Rusiya lideri Putinlə danışdınızmı” sualını verib. Türkiyə prezidenti R.T.Ərdoğanın cavabı isə belə olub:
“Bizim cənab Bayden və ya cənab Putinlə əməliyyatla bağlı heç bir söhbətimiz olmayıb. Lakin Bayden və Putin də bilir ki, biz istənilən vaxt bölgədə əməliyyatlar keçirə bilərik. Türkiyənin Təhlükəsizlik Xidməti icazəylə işləmir. Əgər biz bir addım atacağıqsa, bunun qərarını veririk və bu addımı atırıq. Artıq bunu Amerika da bilməlidir. Biz NATO-da Amerika ilə müttəfiqik. Lakin Amerika təəssüf ki, minlərlə silah, sursat və avadanlığı Suriyadakı terrorçulara göndərib. Bu, cənab Obamanın dövründən başlamış, Tramp dövründə davam etmiş və Baydenin zamanında da davam etməkdədir”.
QAZİLER.AZ