Estoniyada yaşayan Günaydan təsirli sözlər: "Uşaqlığımın ancaq ağdamlı illərini xatırlayıram" - VİDEO

Estoniyada yaşayan Günaydan təsirli sözlər: "Uşaqlığımın ancaq ağdamlı illərini xatırlayıram" - VİDEO backend

Diasporla İş üzrə Dövlət Komitəsinin xəttilə hazırlanan və jurnalist Vəsilə Vahidqızının müəllifi olduğu “Vətən uzaqda deyil” proqramının yaradıcı heyəti Estoniyaya səfər edib və Tallinndə yaşayan ağdamlı Günay Lejneva ilə görüşüb.

Estonla evlənib bu ölkəyə köçən, iş qadını olan Günay doğma yurdu Ağdamla bağlı uşaqlıq xatirələrini bölüşüb və göz yaşlarına hakim ola bilməyib.

Videonu izlədikcə təsirlənməmək, qəhərlənməmək mümkün deyil. Uşaqlığından ancaq ağdamlı günləri xatırladığını deyir Günay:

"Ağdam deyəndə mənim doğma evim yadıma düşür. Uşaqlığımdan ancaq Ağdam yadımdadı. Evimizin hər pilləsi xatirimdədi. İki pilləkənimiz vardı. biri sağlam idi, digəri sınmışdı. Kimlər nə vaxt qonaq gəlmişdi...Hamısını xatırlayıram". 

Ağdamlı Günayın təsirli həyat hekayəsi ilə bağlı Minadan Zərərçənlər Assosasiyasının sədri Rey Kərimoğlu buldirib ki, Günayın həyatından bəhs edən bu videoda erməni faşizminin, erməni işğalının Azərbaycan xalqına vurduğu zərbə insan həyatının darmadağın edilməsinin bir nümunəsi öz əksini tapıb. Dünya ictimaiyyəti, bəşəriyyət erməni faşizminə qarşı öz sözünü nəhayət ki, deməlidir. Qarabağda, ümumiyyətlə bütün Qafqazda sülhün bərqərar olması üçün bütün mütərəqqi insanlar ədalətin, haqqın yanında olmalıdılar. Onlar doğrunu deməlidir ki, belə faciələr yaşanmasın. Körpə uşaqlar valideynlərini itirib, yurd- yuvasından didərgin düşüb, həyatları darmadağın olub. Tale onları gör hara aparıb çıxarıb? Onlar hansı mərhumiyyətlərdən keçib? Mütərrəqi dövlətlər haqqın tərəfindən olmalıdır ki, erməni terroruna son qoyulsun" - deyə o, bildirib.

Qeyd edək ki, verilişdə xaricdə yaşayan əslən Qarabağdan olan soydaşlarımızın fəaliyyətinə geniş yer ayrılır.

Yaxın vaxtlarda Ağdama səfər etmək niyyətində olan Günay Lejneva ilə müsahibəni- “Vətən uzaqda deyil” proqramının Estoniyadan hazırlanan xüsusi buraxılışını aşağıdakı linkdə izləmək olar.

QAZİLER.AZ

Diaspora