"İlham Əliyev iki-üç cümlə ilə Ermənistanı nakauta saldı" - Politoloq

"İlham Əliyev iki-üç cümlə ilə Ermənistanı nakauta saldı" - Politoloq backend

"Cəmi iki-üç qısa cümlə ilə Ermənistanın 30 illik saxta sülh carçılığı nokauta salındı..."

Qaziler.az xəbər verir ki, bu fikirlər politoloq Aydın Quliyevə məxsusdur. O, Prezident İlham Əliyevin noyabrın 17-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebeli qəbul edərkən Ermənistanın sülh istəkləri ilə bağlı səsləndirdiyi fikirləri belə şərh edib:

"İki gün əvvəl Bakıya səfər etmiş Avropa Birliyinin rəsmisi Şuebellə söhbətdə Azərbaycan Prezidenti İlham Əliyevin dediyi iki qısa cümləlik fikirdən söhbət gedir: "Biz torpaqlarımızı qaytarmaq şərtilə sülh istəyirdik. Onlar torpaqları qaytarmadan sülh istəyirdilər. Onlar səmimi deyildilər. Sülh istəklərindəki fərq budur".

Qısa, dəqiq və sərrast.. Cəmi iki-üç qısa cümlə ilə Ermənistanın azı 30 illik saxta sülh çağırışları və dünyada hamının gözünə soxmaq istədiyi yalançı sülhsevərlik tezisi alt-üst edildi, nokauta salındı...

Bu iki qısa cümlə ilə tanış olan hər kəs əmin olur ki, Ermənistan belə "sülh istəyi" ilə uzağa gedə bilməzdi, çünki həm başqasının torpaqlarını tutmaq, həm də sülh istəmək eyni vaxtda mümkün deyil".

QAZİLER.AZ

Diaspora