"Putin bunu edərsə Azərbaycan-Rusiya münasibətlərinə zərbə vurmuş olacaq" - Elxan Şahinoğlu

"Putin bunu edərsə Azərbaycan-Rusiya münasibətlərinə zərbə vurmuş olacaq" - Elxan Şahinoğlu backend

Rusiya prezidenti Vladimir Putin İrəvanda keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitində iştirak edəcək.

Qaziler.az bildirir ki, Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu fikrincəPutinin İrəvanda Ermənistanın Azərbaycan əleyhinə mövqeyini dəstəkləyəcək sənədə imza atması ehtimalı yüksək deyil.

E.Şahinoğlu Putinin Yerevana səfərini belə şərh edib:

"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərin liderlərinin noyabrın 23-də İrəvanda toplantısı olacaq. Ukraynaya qarşı işğalçı müharibə başlayandan bu yana xarici səfərlərə çıxmayan, hətta “böyük iyirmilərin” toplantısına qatılmayan Rusiya prezidenti Vladimir Putin İrəvandakı toplantıda iştirakını təsdiqləyib. Çünki “böyük iyirmilərin” İndoneziya toplantısından fərqli olaraq Ermənistanda toplaşanlar Rusiyanın tərəfdaşlarıdır və Ukrayna müharibəsini dilə gətirməyəcəklər. Vladimir Putin İrəvana getmədən öncə Azərbaycan və Türkiyə prezidentləri ilə telefonla danışıb. Kreml sahibinin Qarabağ siyasəti Azərbaycanın maraqlarına zidd olsa da, Ruben Vardanyanı Xankəndinə göndərib Bakı ilə təmaslara başlamaq üçün təşviq etsə də, Putinin İrəvanda Ermənistanın Azərbaycan əleyhinə mövqeyini dəstəkləyəcək sənədə imza atması ehtimalı yüksək deyil. O bunu edərsə Azərbaycan-Rusiya münasibətlərinə zərbə vurmuş olacaq.

Ermənistanın baş naziri Nikol Paşinyan əlindən gələnə edəcək ki, İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Azərbaycan əleyhinə bəyanat qəbul etsin. Böyük ehtimalla bu alınmayacaq. Rusiya bir yana təşkilatın üzvü olan Qazaxıstan, Qırğızıstan və Belarus da Azərbaycan əleyhinə sənədə səs verməyəcəklər. Bu sənədin qəbul edilməməsi Nikol Paşinyanın kefini pozmayacaq, əksinə erməni cəmiyyətinə bir daha deyəcək ki, “gördüz KTMT bir işə yaramır, Ermənistanın maraqlarını qorumur, bəxtimizi başqa istiqamətlərdə axtarmalıyıq”.

QAZİLER.AZ

Diaspora