Ərdoğan Bakıda keçirilən forumun iştirakçılarına müraciət etdi

Ərdoğan Bakıda keçirilən forumun iştirakçılarına müraciət etdi backend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda İslam Əməkdaşlığı Gənclər Forumunun (ICYF) və İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan İnvestisiya və Gənc Sahibkarlar Forumunun iştirakçılarına məktubla müraciət edib.

Qaziler.az xəbər verir ki, dövlət başçısı foruma dəvət üçün təşəkkür edib:

"Hörmətli İslam Əməkdaşlığı Gənclər Forumunun üzvləri, Əziz Azərbaycan gəncləri!

Sizi ən səmimi hisslərlə, sevgi ilə salamlayır, dəvətiniz üçün təşəkkür edir, Azərbaycan İnvestisiya və Gənc Sahibkarlar Forumunun işinə uğurlar arzulayıram.

Forumda İslam dünyasından və Azərbaycanın müxtəlif guşələrindən iştirakçılar var. Bütün kiçik qardaş və bacılarımı salamlayıram.

Forumun təşkilində əməyi olan bütün qurumlarımızı və Azərbaycanın səlahiyyətli şəxslərini təbrik edirəm. 

Hörmətli qardaşım, Prezident İlham Əliyevə proqramın icrasında dəstəyə görə təşəkkür edirəm.

44 günlük mübarizədən sonra 30 illik işğala son qoyub Qarabağı azad edən qəhrəmanları rəhmətlə yad edir, veteranlara cansağlığı və firavanlıq arzulayıram.

“Bir millət, iki dövlət” devizi ilə Can Azərbaycan ilə hər sahədə əməkdaşlığımız var. Biz firavan gələcəyə doğru möhkəm addımlar atırıq. 

Sizlərin, gənclərimizin qucağında sabahlarımız bu gündən daha önəmlidir. Daha parlaq olacağına ürəkdən inanıram. 

Gələcəyimizin təminatı kimi gördüyümüz gənc qardaşlarımızın dilini, mədəniyyətini qorumaq çox vacibdir. “Birlik olmadan sülh olmaz” devizinə əsaslanaraq sizdən əbədilikdən əbədiyyətə gedən qardaşlığınızı gücləndirməyinizi gözləyirəm. 

Allah hamımıza kömək olsun deyirəm. Forumun xeyirli olmasını bir daha sizə sevgi ilə arzu edirəm, sizi hörmətlə salamlayıram. Sağlıqla qalın!"

Diaspora