Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib ki, Ermənistan Azərbaycanla parlamentlərarası əlaqələr yaratmağa hazırdır.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu barədə Paşinyan ölkə parlamentində çıxışı zamanı qeyd edib. O bildirib ki, bunun üçün ilk növbədə vacib humanitar məsələlər həll olunmalıdır.
“Biz parlamentlərarası əlaqələr ideyasına müsbət yanaşırıq. Xüsusən də bu münasibətlərdə humanitar məsələlərin həllində çox ciddi və əhəmiyyətli irəliləyişlərin olması vacibdir. Çünki əsirlərlə bağlı problemlər ortaya çıxanda nümayəndələrimiz üçün humanitar məsələləri parlamentlərarası səviyyədə müzakirə etmək çətinləşir”, - TASS onun sözlərindən sitat gətirib.
QAZİLER.AZ