Xankəndiyə qaz çəkməklə Azərbaycan ermənilər üzərində bu planını reallaşdıracaq

Xankəndiyə qaz çəkməklə Azərbaycan ermənilər üzərində  bu planını reallaşdıracaq backend

"Bu ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyasına nail olmaq planının bir hissəsidir".

Qaziler.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Asif Nərimanlı 2025-ci ilə qədər Ağdamdan Xankəndiyə qaz kəmərinin çəkilməsi ilə bağlı xəbərə münasibət bildirərkən deyib.

"Ağdamdan Xankəndiyə qaz kəmərinin çəkilməsi planlaşdırılır. 2025-ci ilə qədər icrası nəzərdə tutulan kəmər Bakının bu tarixdə rus sülhməramlılarının müddətinin uzadılmaması və ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyasına nail olmaq planının bir hissəsidir".

Qeyd edək ki, Prezident İlham Əliyevin təsdiqlədiyi “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda 2025-ci ilə qədər Ağdamdan Xankəndiyə qaz kəmərinin çəkilməsi, onun üzərində qaztənzimləyici məntəqələr quraşdırmaqla kəmərin qollarının tikintisi planlaşdırılır.

QAZİLER.AZ

Diaspora