"Fransa Senatında Azərbaycana qarşı qəbul olunan qətnamənin heç bir qüvvəsi yoxdur".
Bu fikirləri "Report"un yerli bürosuna Fransa Senatının üzvü Natali Qule bildirib.
"Mən bu sənədin əleyhinə səs verdim. Çünki hər zaman olduğu kimi, Azərbaycanın haqq yolunda olduğuna əminəm. Bu qətnamə həmişə olduğu kimi, Fransadakı güclü erməni lobbisinin təsiri altında qəbul edilib", - qətnamənin əleyhinə səs vermiş yeganə Senat üzvü vurğulayıb.
O, Azərbaycana qarşı qəbul olunan qətnamənin heç bir qüvvəsinin olmadığını bildirib: "Bu qətnamənin Azərbaycana heç bir mənfi təsiri olmayacaq. Bu sənəd məcburi xarakter daşımır. Fransa hökumətinin mövqeyini dəyişdirə bilməyəcək. Ümumiyyətlə, unutmayaq ki, vaxtilə Fransanın da həmsədri olduğu Minsk qrupu artıq mövcud deyil."