Xəbər verdiyimiz kimi, Fransa Senatı qondarma “Artsax Respublikası”nın müstəqilliyini tanımağa və Azərbaycan rəhbərliyinə qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnamə qəbul edib.
Qaziler.az xəbər verir ki, qətnamə Azərbaycanda təbii olaraq etiraza səbəb olub. Tanınmışlar məsələ ilə bağlı maraqlı rəylər yazıblar.
Tanınmış jurnalist İlqar Rəsul bu qətnamə haqqında öz feysbuk səhifəsində yazıb: "Fransa Senatında Azərbaycana qarşı qəbul olunan qətnamə ermənilərçün təsəlli sənədi, bizimçünsə işlənmiş salfetka kimi bir şeydir..."