Xəbər verildiyi ki, bu gün Fransa Senatı qondarma “Artsax Respublikası”nın müstəqilliyini tanımağa və Azərbaycan rəhbərliyinə qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnamə qəbul edib.
Qaziler.az bildirir ki, bu təbii ki, hər bir Azərbaycan vətəndaşının etiraz və qəzəbinə səbəb olub. Lakin jurnalist Seymur Kazımov məsələyə çox da ciddi yanaşmamağı tövsiyə edir. Belə ki, jurnalist qətnamə ilə bağlı öz feysbuk səhifəsində bunları yazıb: "Fransa Senatının qətnaməsi tövsiyə xarakterlidir. Hüquqi qüvvəyə minməsi üçün prezident təsdiqləməlidir. Makron isə bunu təsdiqləməyəcək. Ümumiyyətlə, Fransada senat hökumətin mövqeyini ifadə etmir. Əsəbləşməyin".