"Dünyada son 100 ildə siyasi düzəni həmişə Qərb dəyişdirib. Ən müxtəlif yollarla - müharibələrlə, elmlə, texniki tərəqqi və ideologiya ilə...Rusiya və İran yalnız bu düzənin şərtlərini nəzərə alıb. İndi yenə bunun şahidi oluruq".
Qaziler.az xəbər verir ki, bu barədə jurnalist Xəqani Səfəroğlu "Facebook" səhifəsində paylaşım edib.
"2000-ci ildə mərhum prezident Heydər Əliyev İranın o zaman Təhlükəsizlik Şurasının katibi olan Həsən Ruhanini Bakıda qəbul edərkən ona demişdi ki, Azərbaycandan Asiyaya keçəcək dəhlizin açılması üçün işğal olunmuş rayonların azad edilməsinə kömək edin. Bu İran üçün də geopolitik baxımdan lazımdır. Ruhani o zaman ümumi sözlərlə bizi yola verdi.
İran Rusiyaya ümid edərək Qafqazda vəziyyətin qiyamətə qədər dəyişməyəcəyinə əmin idi. Bu "qiyamətin" belə tez gələcəyini gözləmirdilər", - deyə jurnalist qeyd edib.
QAZİLER.AZ