Paşinyanla Blinken arasında telefon danışığı olub

Paşinyanla Blinken arasında telefon danışığı olub backend

Bu gün Ermənistanın Baş naziri Nikol Paşinyanla ABŞ-ın dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

Bu barədə Ermənistan hökumətinin Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, tərəflər Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasını, xüsusilə xarici işlər nazirlərinin noyabrın 7-də Vaşinqtonda keçirdikləri görüşünü müzakirə ediblər.

ABŞ-ın dövlət katibi Ermənistan-Azərbaycan münasibətlərinə töhfə verməyə hazır olduğunu söyləyib.

Tərəflər humanitar məsələlərin həlli də daxil olmaqla, regionda təhlükəsizlik və sabitlik səviyyəsinin artırılmasına yönəlmiş addımların müzakirəsini davam etdirmək barədə razılığa gəliblər.

Diaspora