"Ermənistan sülh üçün Rusiyanın təqdim etdiyi təklifləri qəbul edir" - Paşinyan

"Ermənistan sülh üçün Rusiyanın təqdim etdiyi təklifləri qəbul edir" - Paşinyan backend

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Rusiya Xarici İşlər Nazirliyinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına yardım üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib.

Qaziler.az  xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. 

Görüşdə Paşinyan bəyan edib ki, Ermənistan Rusiyanın bu ilin avqustunda təqdim etdiyi təklifləri dəstəkləyir və bu təkliflər Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasında gələcək danışıqlar üçün əsas ola bilər.

"Görüş zamanı Paşinyan və Xovayev oktyabrın 31-də Soçidə Ermənistan, Rusiya və Azərbaycan başçılarının üçtərəfli görüşünün nəticələrini, Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması prosesini müzakirə ediblər" - məlumatda qeyd edilib. 

QAZİLER.AZ

Diaspora