"Öz xalqının, dövlətinin mənafeyini satan insanlar məsuliyyətə cəlb ediləcək" - Elçin Mirzəbəyli

"Öz xalqının, dövlətinin mənafeyini satan insanlar məsuliyyətə cəlb ediləcək" - Elçin Mirzəbəyli backend

"İran xüsusi xidmət orqanlarının uzun illərdir ki, Azərbaycanda işlətdiyi "zəhərli toxumların" təmizlənməsi istiqamətində atılan addımları təqdir edirik".

Qaziler.az bildirir ki, bu sözləri siyasi ekspert Elçin Mirzəbəyli deyib.

"Dövlət Təhlükəsizlik Xidmətinin ölkənin təhlükəsizliyini təmin edilməsi istiqamətində atdığı addımları təbii ki, dəstəkləyirik. Eyni zamanda, İran xüsusi xidmət orqanlarının uzun illərdir ki, Azərbaycanda işlətdiyi "zəhərli toxumların" təmizlənməsi istiqamətində atılan addımları da təqdir edirik. Düşünürəm ki, proses davam edir və indiki halda baş verən hadisəyə konkret münasibət bildirmək üçün daha ətraflı məlumata malik olmaq lazımdır. Amma real mənzərə ondan ibarətdir ki, İranın xüsusi xidmət orqanları Azərbaycanda casus şəbəkəsi yaratmaq  istiqamətində  Azərbaycanda genişmiqyaslı fəaliyyət həyata keçirirlər. Bunların bir çoxunun qarşısı alınıb. Bundan sonra da bu istiqamətdə fəaliyyət davam etdiriləcək. Öz xalqının, dövlətinin mənafeyini satan insanlar məsuliyyətə cəlb ediləcək və İranın Azərbaycanda yaratmaq niyyəti güddüyü, həyata keçirmək istədiyi bütün layihələr iflasa uğrayacaq" - deyə siyasi ekspert bildirib. 

QAZİLER.AZ

Diaspora