"İrana bağlı casus şəbəkəsinin ifşa edilməsi bir daha təsdiq edir ki, qonşuluğumuzdakı İran adlanan dövlətin Azərbaycan Respublikasına münasibəti heç də dost, qonşuluq münasibəti deyil".
Qaziler.az bildirir ki, bunu siyasi şərhçi Azər Həsrət İran İslam Respublikası xüsusi xidmət orqanlarına casusluq edən şəbəkənin ifşa edilməsinə münasibət bildirərkən deyib.
"İran dövləti uzun müddətdir ki, Azərbaycan Respublikasının daxilində xüsusilə din adı altında vətəndaşlarımızı qanunsuz Vətənə xəyanət keyfiyyətli fəaliyyətə cəlb edir, onlardan Azərbaycan dövlətinə qarşı istifadə edir, Həmin şəxslərdən Azərbaycan daxilində qarmaqarışıqlıq yaratmaq, eyni zamanda, Azərbaycanda İrandakına bənzər orta əsrlər təfəkkürlü dini idarəetməni qurmaq üçün istifadə edir. Bu isə heç bir qonşu, heç bir dost ölkənin etməyəcəyi hərəkətdir və İran adlı dövlət bunu edir. Azərbaycan vətəndaşlarına gəlincə, onların özlərini Azərbaycan Respublikasına düşmən mövqedən çıxış edən bir sistemə satması təəssüf doğurur. Yəni 3-5 manat pulun qarşılığında, yaxud guya dini dəyərlər naminə insanlar necə olur ki, özlərini xarici qüvvələrə, özəlliklə də İran kimi Azərbaycan Respublikasına düşmən mövqeyini heç vaxt gizlətməyən dövlətə sata bilirlər.
Azərbaycan müstəqil, dünyəvi dövlətdir. Burada insanların normal yaşaması üçün hər cür şərait var. İran Azərbaycanla müqayisədə 100 illərcə geri qalmış təfəkkür tərəfindən idarə edilir. Necə olur ki, Azərbaycan kimi dünyəvi dövlətin vətəndaşı olan insanlar 100 illər geridə qalmış cahil rejimə özlərini təslim edirlər?! Bununla da öz vətənlərinə - Azərbaycana xəyanət edirlər. Bütün bunlar bizim cəmiyyətimizi çox ciddi narahat etməlidir. Xüsusilə, İrana bağlı dini mərkəzlərə qarşı çox ciddi addımlar atılmalıdır.
Heç kim iddia etməsin ki, Azərbaycanda din sıxışdırılır və s. Azərbaycan dövləti dinin sıxışdırılması kimi heç bir hərəkətə yol vermir. Sadəcə olaraq din adı altında vətəndaşlarımız İranın cahil fars-molla rejiminin əlaltısına, xidmətçisinə çevrilir. Bir sözlə, həmin mərkəzlərlə bağlı dövlətin çox ciddi tədbirlər görməsi vacibdir" - deyə siyasi şərhçi bildirib.
QAZİLER,AZ