Macarıstanın Baş naziri Viktor Orban Ərdoğanın Rusiya və Ukrayna arasında uğurlu vasitəçilik edən yeganə lider olduğunu bildirib.
Qaziler.az xəbər verir ki, Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə iştirak edən Viktor Orban bu barədə sosial media hesabında fikirlərini bölüşüb.
Macarıstanlı baş nazir Ərdoğan və İlham Əliyevlə söhbət edərkən çəkilən fotolarını da paylaşıb. O, prezident İlham Əliyevə Avropanın enerji müxtəlifliyini artırmağa kömək etdiyi üçün minnətdarlığını bildirib.
QAZİLER.AZ