İlham Əliyev "Registan" meydanında ağac əkdi - FOTO - Yenilənib

İlham Əliyev "Registan" meydanında ağac əkdi -  FOTO - Yenilənib backend

Noyabrın 11-də Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçıları “Yaşıl məkan” layihəsi çərçivəsində Səmərqəndin “Registan” meydanında ağac əkiblər.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ağacəkmə mərasimində iştirak edib.

Qeyd edək ki, mühüm tarixi hadisələrin şahidi olan möhtəşəm “Registan” meydanında ağacəkmə mərasimi türk dünyası sivilizasiyasının yeni mərhələyə qədəm qoymasını təcəssüm etdirir. Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi statusa malik ölkələrin paytaxtlarında da eyni vaxtda təşkil edilən ağacəkmə tədbirləri onlayn qaydada monitorda nümayiş olunub.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tədbirdə çıxış edərək dövlət və hökumət başçılarını qədim Turanın incisi Səmərqənddə salamlamaqdan məmnunluğunu bildirib, bu Zirvə Görüşündə mühüm sənədlərin, o cümlədən türk dünyası sivilizasiyasında yeni mərhələnin başlanğıcı olan Səmərqənd Bəyannaməsinin imzalandığını vurğulayıb.

Prezident Şavkat Mirziyoyev təşkilata üzv və müşahidəçi ölkələrdə ağacəkmə aksiyalarının keçirilməsinin qlobal problemlərdən olan ana təbiətin qorunub saxlanmasına verilən önəmin göstəricisi olduğunu deyib. Ətraf mühitin mühafizəsi ilə bağlı Azərbaycanda uzun illərdir “Yaşıl marafon” proqramı əsasında ağacəkmə aksiyalarının keçirildiyini qeyd edən Prezident Şavkat Mirziyoyev belə təşəbbüslərin təşkilata üzv və müşahidəçi ölkələrdə də davamlı reallaşdırıldığını, qardaş Türkiyədə hər il noyabrın 11-nin Milli Yaşıllaşdırma Günü olduğunu bildirib.

Sonra dövlət başçıları “Registan” meydanında ağac əkiblər.

Sonda xatirə şəkli çəkdirilib.

 

12:41

*****

Noyabrın 11-də Türk Dövlətləri Təşkilatının (TDT) IX Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçıları Səmərqəndin "Registan" meydanında ağac əkiblər.

Qaziler.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ağacəkmə mərasimində iştirak edib.

Diaspora