Mehriban Əliyeva Səmərqənddə “Zamanın ilğımları” adlı sərgi ilə tanış olub - FOTO

Mehriban Əliyeva Səmərqənddə “Zamanın ilğımları” adlı sərgi ilə tanış olub - FOTO backend

Noyabrın 11-də Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü çərçivəsində Azərbaycan Respublikasının Birinci vitse-prezident Mehriban Əliyeva, Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva, Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan və Macarıstan Respublikasının Baş nazirinin xanımı Aniko Levai Səmərqənddə Ekspo Mərkəzində təşkil edilən “Zamanın ilğımları” adlı sərgi ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, fərqli dizaynla hazırlanan sərgidə insan üçün zamanın əhəmiyyəti və əsas həyat ölçülərindən biri olduğu xüsusi tərtibatla verilib. Sərgidə yer alan sərhədsiz qumluqlar sanki keçmiş günlərin sirlərini özündə saxlayır. Sərgi salonunun tavanı elə bir formada tərtib edilib ki, səmaya baxarkən insan özünü sanki ulduzların əhatəsində - qalaktikada hiss edir. Sərgidə ziyarətçilərə hadisələrin düzgün və dolğun çatdırılması üçün obrazları insanlar canlandırır. Burada yaxın sivilizasiyaların fraqmentləri, ustaların və sənətkarların əl işləri təqdim edilir.

Sərgi salonunu gəzərkən qaranlıqdan süzülən işıq tarixin bu ucsuz-bucaqsız azimutunda zamanın dayandığı yerdə həyat verən ilğım şəklində qarşımıza çıxır. Bura sanki yaradıcılar, rəssamlar, sənətkarlar və şairlər şəhəridir.

Pavilyonda nümayiş etdirilən fərqli və qədim zinət əşyaları, xüsusi işləmələr, parçalar və digər əşyalar sərgi ilə tanış olanlarda böyük maraq yaradıb.

 

loading...
Diaspora