“FETÖ ilə mübarizəmizdə qardaşlarımızın dəstəyinə arxalanırıq”
Qaziler.az bildirir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə çıxış edərkən deyib.
Öz çıxışında bütün dünyada və türk dünyasında baş verən müxtəlif məsələlərə toxunan Ərdoğan bildirib:
"Biz də ərzaq böhranının qarşısını almaq üçün lazımi müdaxilələri edirik. Biz Azərbaycanın yanındayıq. Türkiyə olaraq PKK, YPG, İŞİD başda olmaqla qanlı terror təşkilatlarına qarşı mübarizəmizi davam etdiririk. Terrorçu yuvalarını onların başlarına yıxmağa davam edəcəyik. FETÖ ilə mübarizəmizdə qardaşlarımızın dəstəyinə güvənirik".