Türk Dövlətləri Təşkilatının Zirvə Toplantısında iştirak etmək üçün Özbəkistanda səfərdə olan Türkiyə Prezidenti Ərdoğan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən İmam Buxari ordeni ilə təltif edilib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Prezident Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının 9-cu Zirvə toplantısında iştirak etmək üçün Özbəkistanın Səmərqənd şəhərinə səfər edib. Türkiyə lideri orada Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb. Görüşdən sonra prezidentlər mətbuat konfransı keçiriblər.
Özbəkistan Prezidenti Şevkət Mirziyoyev mətbuat konfransında Ərdoğana türk dünyasına verdiyi töhfələrə görə İmam Buhari ordenini təqdim edib.
QAZİLER.AZ