"Rusiya ordusu Ukrayna sərhədlərini pozan gündən məğlubiyyətə düçar olub. Artıq faktdır ki, Rusiya məğlub ola-ola gedir. Növbəti məğlubiyyəti də Xersonun tərk edilməsidir".
Qaziler.az xəbər verir ki, bu barədə tanınmış Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu açıqlama verib. O Rusiyanın Xersondan geri çəkilməsinin səbəbini belə izah edib:
"Rusiya Belarusdan tutmuş Xersona qədər gələrək hərtərəfli çoxlu sayda itkilər verib: hərbi texnikalarının sayı azalıb, itkiləri artıb. Canlı itkilərinin sayı 80 mini keçib. Artıq Rusiya ordusu nə cəmləşib cəbhə boyu müdafiəni təmin edə bilir, nə də əks hücuma keçə bilir. Çətin vəziyyətdədir. Çox güman ki, Rusiya ordusunun komandanlığı cəbhə xəttinin miqyasını azaltmaq üçün belə addımlar atır. Bir sözlə, geri çəkilməsəydi, Rusiya nəinki müharibədə məğlub olacaqdı, bu hal onun daxili çöküşünə gətirib çıxaracaqdı.Onu da qeyd edim ki, yaxın zamanlarda - təminən gələn ilin ortalarına qədər Rusiyada hakimiyyət dəyişikliyi gözlənilir".
QAZİLER.AZ