İstisuyun (Dərələyəz - red.) sərhəd bölgələrinə baş çəkdik, orada nə olduğunu öz gözlərimizlə gördük və sərhəd işini izlədik.
Axar.az xəbər verir ki, bunu Ermənistan parlamentində jurnalistlərə müsahibəsində hakim “Mülki müqavilə” partiyasından olan deputat Armen Xaçatryan deyib.
“Bəli, düşmən (Azərbaycan - red.) mövqelərini həm binokl, həm də adi gözlə müşahidə etdik. Onların mövqeləri hər yerdən görünür, Xəznəvarda (Gorus rayonunda kənd - red.) mövqelər arasında bir neçə metr məsafə olan hissələr var, əsgərlərin üzlərini belə aydın seçmək olur”, - deyə Xaçatryan qeyd edib.
Deputat Azərbaycanın Laçında hərbi baza tikməsinə münasibət bildirib:
“Hər zaman təhdidlər var, bu gün Azərbaycanın o qədər hərbi üstünlüyü var ki, o, artıq Ermənistan üçün təhlükədir. Hərbi baza tikmək çox şeyi dəyişmir, çünki hərbi balans əvvəldən pozulub”.