Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan xalqını 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib.
Qaziler.az xəbər verir ki, təbrikdə deyilir:
“Dastan olacaq bir mücadilənin verildiyi 44 günün ardından Qarabağın yenidən azadlığına qovuşmasının nişanəsi olan Azərbaycanın 8 Noyabr Zəfər Gününü ən səmimi duyğularımla təbrik edirəm. Qarabağ Azərbaycandır və həmişə Azərbaycan olaraq qalacaq”. (Apa)