“Zəfər Günü münasibətilə Qazaxıstan səfirliyi tarixi ədalətin və ölkənin ərazi bütövlüyünün BMT-nin Nizamnaməsi və qətnamələri ilə uyğun olaraq bərqərar olmasının rəmzi olan bu milli bayram ilə əlaqədar qardaş Azərbaycan xalqını ürəkdən təbrik edir”.
Apa xəbər verir ki, bu barədə Qazaxıstan səfirliyinin paylaşımında deyilir.
“Bu əlamətdar tarix Azərbaycan xalqının ölkənin dövlətçiliyinin və suverenliyinin möhkəmlənməsi naminə birliyinin, sarsılmazlığının, iradənin əyilməzliyinin və məğrurluğunun nümayişi simvolu kimi Azərbaycan Respublikasının şərəfli salnaməsinə əbədi olaraq qızıl hərflərlə həkk olunub.
Qardaş Azərbaycana dayanıqlı inkişaf və tərəqqi, sülh və əmin-amanlıq, çiçəklənmə arzu edirik!” – məlumatda vurğulanır.