Türkiyənin Azərbaycandakı səfirliyi Azərbaycan xalqını 8 Noyabr - Zəfər Günü münasibəti ilə təbrik edib.
Bu barədə səfirliyin "Twitter" səhifəsindəki paylaşımda deyilir.
"Azərbaycan xalqının tarixinə qızıl hərflərlə həkk olunmuş 8 Noyabr- Zəfər Gününün ikinci ildönümü münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edir, bu möhtəşəm zəfərin qazanılmasında canlarını fəda etmiş şəhidləri hörmətlə yad edir, qazilərimizə şəfa diləyirik", - deyə paylaşımda bildirilir.
