Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı 8 Noyabr – Zəfər Günü ilə bağlı sosial şəbəkədə paylaşım edib.
Qaziler.az xəbər verir ki, türkiyəli diplomat tviterdə yazıb:
“Bayraqları bayraq edən üstündəki qandır.
Torpaq, əgər uğrunda ölən varsa, vətəndir”.
Vətən uğrunda canlarından keçən bütün qəhrəman şəhidlərimizə Allah rəhmət eləsin. Ruhları şad, məkanları cənnət olsun.
Zəfəriniz mübarək, qardaşım”.