Azərbaycana hərbi-texniki, təlim-təchizat dəstəyimiz davam edir – Hulusi Akar

Azərbaycana hərbi-texniki, təlim-təchizat dəstəyimiz davam edir – Hulusi Akar backend

Türkiyənin Azərbaycana hərbi-texniki, təlim-təchizat sahəsində tam dəstəyi davam etdirilir.

Bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar Ankarada Zəfər Bayramına həsr olunmuş “Qardaşlığımızın Zəfəri” adlı tədbirdə çıxışı zamanı bildirib.

“Bizim Rusiya ilə (Ağdamda – red.) müştərək mərkəzimiz fəaliyyət göstərir, biz işimizi gecə-gündüz Azərbaycanlı qardaşlarımızlan tam koordinasiyalı şəkildə davam etdiririk. Şuşa bəyannaməsi isə bizim münasibətlərimizdə ən vacib addımlardan biri oldu, ortaq addım və niyyətlərimiz burada yer aldı. Azərbaycan və Türkiyənin Ermənistana uzatdığı sülh əlinin nə qədər vacib olduğunu onlar tərəfindən anlamaları lazımdır”, - Akar vurğulayıb.

APA

Diaspora