Türkiyə nümayəndə heyəti işğaldan azad olunmuş Füzuli rayonuna səfər edib.
Apa-nın yerli bürosu xəbər verir ki, onlar Füzulinin azad olunması uğurunda gedən döyüşlərdə Qaraxanbəyli kəndi yaxınlığında ilk Azərbaycan əsgərlərinin şəhid olduğu yerdə ucaldılan abidəni ziyarət ediblər. Abidə önünə gül dəstəsi qoyulub, şəhidlərin ruhuna dualar oxunub.
Nümayəndə heyəti Qaraxanbəyli kəndində işğalı zaman ermənilər tərəfindən dağıdılmış kənd və kənd məzarlığı ilə tanış olub.