İmişlidə Vətən müharibəsi şəhidinin xatirəsinə bulaq-abidə kompleksi açılıb

İmişlidə Vətən müharibəsi şəhidinin xatirəsinə bulaq-abidə kompleksi açılıb backend

İmişli rayonu Cəfərli kənd 1 nömrəli tam orta məktəbin həyətində Vətən müharibəsi şəhidi Hüseynli Şamil Novruz oğlunun xatirəsini əbədiləşdirmək məqsədilə inşa edilən bulaq-abidə kompleksinin açılış mərasimi olub.

"Report"un Muğan bürosunun məlumatına görə, mərasimdə İmişli Rayon İcra Hakimiyyəti rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri, İmişli rayon təhsil sektorunun rəhbərliyi, şəhid valideynləri, məktəbin müəllimləri və şagirdləri iştirak ediblər.

Açılış mərasimi Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Mərasimdə çıxış edənlər 44 günlük Vətən müharibəsində şanlı zəfər qazanan Azərbaycan Ordusunun şəhidlərin qanını yerdə qoymadığını, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini və qazanılan Böyük Qələbənin tarixi əhəmiyyətindən danışılıb.

Tədbirdə məktəbin şagirdləri hərbi-vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Diaspora