Vaşinqtondakı üçtərəfli görüşdə nələr müzakirə olunacaq? - XİN

Vaşinqtondakı üçtərəfli görüşdə nələr müzakirə olunacaq? - XİN backend

“Vaşinqtonda keçiriləcək üçtərəfli görüşlə bağlı gündəliyimizdə müxtəlif mövzular var”.

“Report”un xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, görüşdə sülh danışıqları ilə bağlı müzakirələrin aparılması gözlənilir: “Azərbaycan tərəfi 5 baza prinsipi irəli sürmüşdü. Qarşı tərəf demişdi ki, bununla bağlı vaxt lazımdır”.

Qeyd edək ki, Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçiriləcək.

Diaspora