"Ermənistan sülh müqaviləsinin imzalanması istiqamətində Azərbaycanın təkliflərinə adekvat cavab verməlidir".
“Report” xəbər verir ki, bunu Türkiyənin vitse-prezienti Fuat Oktay deyib.
Onun sözlərinə görə, Azərbaycan torpaqlarının azad olunması ilə Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması üçün şərait yaranıb: “Buna mane olmaq istəyən güclər lazımi cavabını alacaq".
F.Oktay bildirib ki, Türkiyə Azərbaycanın tarixi torpaqlarını azad etməsinin sevincini hər an yaşayır: “Vətən müharibəsinin növbəti ildönümü münasibətilə Azərbaycan xalqını təbrik edir, şəhidlərimizi rəhmətlə anıram".