Brüsseldə Azərbaycan-Ermənistan delimitasiya komissiyalarının iclası başlayıb

Brüsseldə Azərbaycan-Ermənistan delimitasiya komissiyalarının iclası başlayıb backend

Belçikanın paytaxtı Brüsseldə Azərbaycan-Ermənistan delimitasiya komissiyalarının iclası başlayıb.

"Report" xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətinin Baş katibi Stefano Sannino tviterdə paylaşım edib.

Onun sözlərinə görə, Avropa İttifaqı tərəfləri yerlərdə təhlükəsizliyi yaxşılaşdırmaq və delimitasiya üzrə irəliləyişə nail olmaq üçün addımlar atmağa çağırır.

Xatırladaq ki, komissiyalara Baş nazirlərin müavinləri Şahin Mustafayev və Mqer Qriqoryan rəhbərlik edir.

Diaspora