Zaxarova: “Soçidə üç ölkənin XİN başçıları üzbəüz görüşüblər”

Zaxarova: “Soçidə üç ölkənin XİN başçıları üzbəüz görüşüblər” backend

“Azərbaycan, Rusiya və Ermənistanın xarici işlər nazirləri - Ceyhun Bayramov,  Sergey Lavrov və Ararat Mirzoyan Soçi sammiti çərçivəsində üzbəüz görüşüblər”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

“Bu, nümayəndə heyətlərinin görüşü və danışıqları deyildi. Əlbəttə ki, bu söhbət liderlərin apardığı danışıqlar kontekstində baş tutub”, - deyə Mariya Zaxarova bildirib.

Qeyd edək ki, oktyabrın 31-də Kremlin mətbuat katibi Dmitri Peskov Soçidə Rusiya, Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün keçirildiyini açıqlamışdı.

Mənbə: Sputnik

loading...
Diaspora