Soçidə Zəngəzur dəhlizi müzakirə olunub- Zaxarova

Soçidə Zəngəzur dəhlizi müzakirə olunub- Zaxarova backend

"Soçidə keçirilən üçtərəfli görüşdə bölgədə nəqliyyat-kommunikasiya xəttlərinin açılması müzakirə olunub".

Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, bu istiqamətdə işlər 3 ölkənin baş nazir müavinlərinin həmsədrlik etdiyi işçi qrup səviyyəsində davam etdiriləcək.

Qeyd edək ki, oktyabrın 31-də Soçidə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü olub. Liderlər müzakirələrin sonunda bəyanat imzalayıblar.

Report.az

Diaspora