Putin Ərdoğanı Soçi görüşünün yekunları barədə məlumatlandırdı

Putin Ərdoğanı Soçi görüşünün yekunları barədə məlumatlandırdı backend

Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı oktyabrın 31-də Soçidə Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında keçirilən üçtərəfli görüşün nəticələrini müzakirə edib.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Söhbət zamanı Rusiya Federasiyası Prezidentinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə oktyabrın 31-də Soçidə keçirilmiş üçtərəfli görüşünün nəticələri də müzakirə olunub”, - deyə məlumatda bildirilib.

Həmçinin, fürsətdən istifadə edən Vladimir Putin bir daha Rəcəb Tayyib Ərdoğanı 29 oktyabr - Respublika Günü münasibətilə təbrik edib.

Danışıqlar zamanı müxtəlif səviyyələrdə ikitərəfli əlaqələrin müntəzəm davam etdirilməsi razılaşdırılıb.

Mənbə: kremlin.ru

loading...
Diaspora