Ərdoğan Putinlə taxıl sazişini müzakirə etdi

Ərdoğan Putinlə taxıl sazişini müzakirə etdi backend

"Taxıl müqaviləsi ətrafında yaranan çətinliklər konstruktiv yanaşma ilə həll olunacaq".

Türkiyə Prezident Administrasiyası xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı bildirib.

Ərdoğan qeyd edib ki, Türkiyə taxıl müqaviləsinin həyata keçirilməsi ilə bağlı problemlərin həlli üçün təşəbbüs göstərməyə davam edir.

Türkiyə Prezidenti əmin olduğunu bildirib ki, taxıl müqaviləsi ətrafında yaranan çətinliklər konstruktiv yanaşma ilə həll olunacaq.

Report.az

loading...
Diaspora