Rusiyanın Soçi şəhərində Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri səviyyəsində görüş keçirilir.
Apa-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Qeyd edək ki, üç ölkənin liderləri - Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında da üçtərəfli görüş keçirilir.