5 prinsip əsasında Azərbaycanla Ermənistan arasında münasibətlər normallaşmalıdır.
Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Soçidə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə ikitərəfli görüşdə çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib:
"Azərbaycan nisbətən yaxın vaxtlarda Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasının əsası olmalı 5 əsas prinsipi irəli sürüb. Bunlar beynəlxalq hüququn fundamental prinsipləridir və mənim fikrimcə, bu əsasda normallaşmaya nail olmaq mümkündür.
Qarabağ münaqişəsi artıq tarixdə qalıb. O, iki il bundan əvvəl həll edilib. Buna görə də bu baxımdan burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması isə, əlbəttə, çox ciddi addımlar tələb edən formatdır".