"Ermənistan ilə Azərbaycan arasında problemlər yalnız sülh yolu ilə, siyasi və diplomatik vasitələrlə həll edilməlidir".
"Report" Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyası zamanı deyib.
Sessiyanın gündəliyinə 2022-ci il sentyabrın 15-də KTMT-nin Ermənistana göndərilmiş missiyasının işinin yekunları daxil edilib.
Forumda Ermənistanın Baş naziri Nikol Paşinyan, Belarus Prezidenti Aleksandr Lukaşenko, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Rusiya Prezidenti Vladimir Putin, Tacikistan Prezidenti Emoməli Rəhmon və KTMT-nin Baş katibi Stanislav Zas iştirak ediblər.