Azərbaycanın Baş naziri Əli Əsədov MDB Hökumət Başçıları Şurasının iclasında iştirak etmək üçün Qazaxıstana işgüzar səfəri çərçivəsində Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşüb.
Qaziler.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Qazaxıstan Prezidenti Baş nazir Əli Əsədovu və MDB Hökumət Başçıları Şurasının digər üzvlərini salamlayıb.
