Ceyhun Bayramov yunan səfirə təşəkkür etdi FOTO

Ceyhun Bayramov yunan səfirə təşəkkür etdi  FOTO backend

Azərbaycanla Yunanıstan arasında siyasi səviyyədə dialoq davam etdiriləcək.

Qaziler.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun oktyabrın 27-də Yunanıstanın səfiri Nikolaos Piperiqkosunu ölkədəki diplomatik fəaliyyətinin başa çatması ilə bağlı qəbul edərkən qeyd olunub.

Nazir Azərbaycanla Yunanıstan arasında münasibətlərin inkişafı naminə fəaliyyətinə görə səfirə təşəkkür edib və gələcək işlərində müvəffəqiyyətlər arzulayıb. Azərbaycanla Yunanıstan arasında son dövrlərdə artan təmasların, xüsusilə də cari ilin 1 oktyabr tarixində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə görüşün əhəmiyyəti vurğulanıb. Siyasi səviyyədə dialoqun davam etməsinin vacib olduğu bildirilib.

Səfir enerji və tranzit sahəsində əməkdaşlığın ölkələrimiz arasında münasibətlərin təməlində dayandığını qeyd edib. O, siyasi, iqtisadi, ticarət, nəqliyyat və tranzit kimi istiqamətlərdə əməkdaşlığın daha da inkişafı üçün potensialın mövcud olduğunu diqqətə çatdırıb.

Görüşdə ikitərəfli gündəlikdə duran bir sıra istiqamətlər, həmçinin regional sülh quruculuğu səyləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

loading...
Diaspora