Rişi Sunak ilk zəngini Zelenskiyə etdi

Rişi Sunak ilk zəngini Zelenskiyə etdi backend

Ukrayna Prezidenti Volodimir Zelenski Britaniyanın yeni baş naziri Rişi Sunakla telefon danışıqları aparıb və onu Ukraynaya dəvət edib.

Bu barədə dövlət başçısı ənənəvi müraciətində deyib.

“Baş nazirin ilk zəngini Ukraynaya etməsini yüksək qiymətləndirirəm. Mən həmişə Böyük Britaniya xalqına dəstəyə görə minnətdaram”, - Zelenski bəyan edib.

Onun sözlərinə görə, Ukrayna və Britaniya indiyədək ən yaxşı münasibətlərə nail olublar, lakin əməkdaşlığı gücləndirmək üçün hələ də potensial var.

Mənbə: rbc.ua

Diaspora