İndi hamı açıq danışır ki, Zəngəzuru verməlisən, Naxçıvanla quru əlaqəsi təmin edilməlidir - “Hraparak”

İndi hamı açıq danışır ki, Zəngəzuru verməlisən, Naxçıvanla quru əlaqəsi təmin edilməlidir - “Hraparak” backend

“Erməni reallığından qopmuş Paşinyan iki itin ağzındakı ətə çevrilib. Ermənistan uğrunda mübarizə başlayıb, Paşinyan ortadadır, bilmir nəyə təslim olsun ki, onu rahat buraxsınlar”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Qeyd olunub ki, Ermənistanda siyasət küncdə qalıb.

“İndi hamı açıq danışır ki, Zəngəzuru, Göyçənin yarısını, Cermuku, Basarkeçəri, Soylanı və Ağrı vilayətinin bir hissəsini verməlisən, Naxçıvanla quru əlaqəsi təmin edilməlidir. Digər tərəfdən deyirlər ki, əziz Ararat Mirzoyan, nə yaxşı ki, şikayət edirsən, amma boş vaxtın olan kimi gələrsən, nəyin nədən sonra olduğunu deyərik. Başınıza gələnlərə görə özünüzü günahlandırmayın. Əziyyəti özünüz çəkdiniz. KTMT-ni dağıtdınız, axmaq ağlınızla 44 günlük müharibəni qızışdırdınız, Hadrut və Şuşanı verdiniz, Kəlbəcərdən qaçdınız, Ermənistandan ərazilər verdiniz, rəqibə yol verdiniz... Elə isə, Nikol can, indi də ayağa qalx, türk əl çalsın, sən də rəqs et... Nikol dərhal uzaqlaşmalıdır. Bu personaj bizə lazım deyil”, - deyə nəşr bildirib.

Diaspora