Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı qanvermə aksiyasında qan verib.
Oxu.Az-ın xəbərinə görə, “Canımız bir, qanımız bir” adlı aksiya Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Türkiyə Qırmızı Aypara Cəmiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə çıxış edən səfir Azərbaycan və Türkiyə qardaşlığından bəhs edib:
“Türkiyə Qırmızı Aypara Cəmiyyəti ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin birgə görəcəyi çox iş var. Bu gün ən gözəlini birlikdə qanlarımızı verərək dostluğumuzu, can qardaşlığımız qan qardaşlığına çeviririk”.