Sərhədlərin delimitasiyası üçün növbəti görüşün tarixi bəlli oldu

Sərhədlərin delimitasiyası üçün növbəti görüşün  tarixi bəlli oldu backend

Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının üçüncü iclası moyabrın birinci həftəsində Brüsseldə keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Bununla bağlı təfərrüat isə hələ ki məlum deyil.

Qeyd edək ki, komissiyaların sonuncu iclası bu il avqustun 30-da Moskvada keçirilmişdi.

Xatırladaq ki, Avropa İttifaqı Şurasının sədri Şarl Mişel və Fransa Prezidenti Emmanuel Makronun iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Çexiyanın paytaxtı Praqada keçirilən görüşdə Bakı və İrəvan 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımaq barədə razılıq əldə etmişdilər.

loading...
Diaspora