Azərbaycan, Rusiya və Ermənistan liderləri bu ay görüşə bilərlər

Azərbaycan, Rusiya və Ermənistan liderləri bu ay görüşə bilərlər backend

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyada görüşə və Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə üçtərəfli danışıqlar apara bilərlər.

Bu barədə diplomatik mənbədən xəbər verilib.

Bildirilir ki, artıq görüşlə bağlı işlərə başlanılıb.

O da qeyd edilir ki, danışıqlar oktyabrın son günlərində aparıla bilər. Tədbirin keçirilməsi üçün əsas yerlər Moskva və Soçi hesab olunur.

Mənbə: Vedomosti

Diaspora