Azərbaycanda qəzaya düşən Binəli Yıldırım əməliyyat olunub

Azərbaycanda qəzaya düşən Binəli Yıldırım əməliyyat olunub backend

Azərbaycanda yol qəzasına düşən AKP-nin sədr müavini Binəli Yıldırım cərrahiyə əməliyyatı olunub.

“Report” Türkyənin NTV telekanalına istinadən xəbər verir ki, bu barədə qardaş ölkənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Onun sözlərinə görə, müalicə üçün Türkiyənin İstanbul şəhərinə aparılan B.Yıldırımın səhhəti hazırda yaxşıdır.

Nazir həmçinin B.Yıldırımla birlikdə qəzada xəsarət alan, partiyanın istanbullu deputatı Şamil Ayrımın da səhhətinin normal olduğunu vurğulayıb.

Səhiyyə naziri B.Yıldırımın başının dərisində toxuma itkisi səbəbindən toxuma transplantasiyası əməliyyatının icra edildiyini deyib.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərini müşayiət edən Binəli Yıldırım və Şamil Ayrımı daşıyan avtomobil oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanına gedərkən qəzaya uğrayıb. Yıldırım və Ayrım qəza zamanı nəzarət məqsədi ilə sağlamlıq qruplarının müşayiəti ilə helikopterlə paytaxt Bakıdakı xəstəxanaya aparılıb. Azərbaycan Prezidenti İlham Əliyev Binəli Yıldırım və Şamil Ayrıma müalicə olunduqları xəstəxanada baş çəkib.

Daha sonra Binəli Yıldırım təcili yardım təyyarəsi ilə İstanbula aparılıb.

Diaspora